CENTCOM-un İrana zərbə planı Trampın masasında

ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) rəhbəri admiral Bred Kuper prezident Donald Trampa İrana qarşı mümkün hərbi güc tətbiqi ilə bağlı təkliflər təqdim edib.

Referans Media  xəbər verir ki, məlumatı X hesabında Amerikanın Axios portalı və İsrail televiziyasının 12-ci kanalının müxbiri Barak Ravid ABŞ rəsmisinə istinadən yayıb. O qeyd edib ki, Kuper “cümə axşamı günü prezident Trampa İrana qarşı hərbi əməliyyat variantları barədə məlumat verib”. Ravid ABŞ tərəfinin bu məsələ ilə bağlı hər hansı bir qərar qəbul edib-etmədiyini dəqiqləşdirməyib. CENTCOM-un əməliyyat sahəsinə əsasən Yaxın Şərq daxildir./Musavat.com


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki