Cənubi Koreyada hərbi vertolyot düşdü: 2 nəfər həlak oldu

Cənubi Koreyanın Gyeonggi əyalətində “AH-1S Cobra” tipli hərbi vertolyot düşüb. Hadisə nəticəsində iki hərbi qulluqçu həyatını itirib.

Referans Media xəbər verir ki, vertolyot təcili eniş prosedurlarını öyrənmək məqsədilə təlim uçuşu üçün havaya qalxmışdı. Təlim zamanı vertolyot paytaxt Seul yaxınlığındakı Gapyeong şəhərində yerə çırpılıb.

Rəsmi şəxslər bildiriblər ki, vertolyotdakı iki əsgər xəstəxanaya çatdırılsa da həyatını xilas etmək mümkün olmayıb. Hadisə zamanı yanğın və ya partlayış baş verməyib.

Rəsmilər qəzanın dəqiq səbəbinin aparılacaq təhqiqatdan sonra müəyyən ediləcəyini açıqlayıb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki