Cənubi Koreyanın ilk kommersiya kosmik raketi havada partladı

Cənubi Koreyanın özəl sektor tərəfindən hazırlanmış ilk kommersiya kosmik raketi Hanbit-Nanonun buraxılışı uğursuz olub. Raket havaya qalxdıqdan təxminən 30 saniyə sonra infilak edib.

Referans Media xəbər verir ki, raketin istehsalçısı olan “Innospace” şirkətinin açıqlamasına görə, beş müxtəlif müştəriyə məxsus peyki daşıyan Hanbit-Nano Braziliyadakı Alkantara Kosmik Mərkəzindən buraxılıb. Qalxışdan qısa müddət sonra yaranan texniki nasazlıq səbəbindən raket təhlükəsiz zona daxilində yerə düşüb.

Hadisə nəticəsində insan tələfatı və maddi zərər qeydə alınmayıb. Canlı yayım zamanı raketdən alovların qalxdığı və yayımın kəsildiyi müşahidə olunub.

Qeyd edək ki, buraxılışı üç dəfə təxirə salınan Hanbit-Nano layihəsi Cənubi Koreyanın özəl kosmik nəqliyyat sektoru üçün mühüm əhəmiyyət daşıyırdı.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki