Çexiyanın hökumət binasından Ukrayna bayrağı götürülüb. Bu barədə Idnes xəbər portalı məlumat yayıb.
Referans Media xəbər verir ki, Idnes xəbər portalının məlumatına görə, 2022-ci il fevralın 24-dən sonra Çexiya hökumət binasında asılan Ukrayna bayrağı ötən bazar ertəsi endirilib və onun yerinə Avropa İttifaqının bayrağı qaldırılıb.
Qeyd olunur ki, bundan əvvəl Ukrayna bayraqları Çexiya parlamentinin Deputatlar Palatasının (aşağı palata) binasından, eləcə də ölkədəki bir sıra digər dövlət qurumları və müəssisələrindən də götürülüb.
Oktyabr 2025-ci ildə keçirilən parlament seçkilərindən sonra hakimiyyətə gələn sağ-mərkəzçi siyasi qüvvələrin rəhbərliyi hesab edir ki, Ukraynaya simvolik deyil, real və praktik dəstək göstərilməlidir. Onların fikrincə, ictimai məkanlarda başqa ölkənin dövlət rəmzlərinin yerləşdirilməsi artıq kifayət etmir.
Yeni hakimiyyət eyni zamanda münaqişənin diplomatik yollarla həllini, Ukraynanın suverenliyinə təminatlar verilməklə sülhün tez bir zamanda bərqərar olmasını müdafiə edir.
Gülnaz Abdullazdə.
