Çexiya Ukraynaya maliyyə zəmanəti verməyəcək

Çexiyanın Baş naziri Andrey Babiş ölkəsinin Ukraynaya maliyyə dəstəyi ilə bağlı heç bir fövqəladə zəmanətlər verməyəcəyini açıqlayıb. O, bu barədə Çexiya parlamentinin aşağı palatası olan Deputatlar Palatasının Avropa Məsələləri Komitəsinin iclasında çıxışı zamanı danışıb.

“Referans MEDİA”nın xəbərinə görə, baş nazir bildirib ki, Çexiya Avropa İttifaqının Ukraynaya dəstək göstərməsinin vacibliyini şübhə altına almır. Bununla belə, onun sözlərinə görə, bu dəstək indiyədək olduğu kimi konkret maliyyə mexanizmləri əsasında həyata keçirilməlidir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki