Ceyhun Bayramov Ər-Riyadda Hakan Fidanla görüşdü

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda Türkiyənin xarici işlər naziri Hakan Fidanla görüşüb.

Referans Media xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi məlumat yayıb.

Nazirlərin regionda baş verən son hadisələri müzakirə etdiyi bildirilir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki