Ceyhun Bayramov ilk dəfə Mərkəzi Asiya ölkələri XİN başçılarının görüşündə iştirak edibbackend

Ceyhun Bayramov ilk dəfə Mərkəzi Asiya ölkələri XİN başçılarının görüşündə iştirak edib

  Mərkəzi Asiya ölkələrinin xarici işlər nazirlərinin növbəti görüşü keçirilir.

Referans.az   xəbər verir ki, bu barədə Özbəkistan xarici işlər nazirinin müşaviri, nazirliyin mətbuat katibi Axror Burxanov məlumat verib.

O qeyd edib ki, görüş çox səmərəli, açıq və qarşılıqlı etimad ruhunda keçirilir, bölgənin davamlı inkişafı, təhlükəsizliyi və rifahının ən aktual məsələləri ətraflı müzakirə olunur:

“Bu gün Mərkəzi Asiyada tamamilə yeni bir əhval-ruhiyyə – sıx dostluq, mehriban qonşuluq və birgə inkişaf ruhu hökm sürür. Bu ruh bütün təşəbbüs və qərarlarımızın əsasını təşkil edir.

Regional həmrəylik gücləndikcə ortaq inkişaf üçün yeni imkanlar da genişlənir. Daşkənddəki bu görüşün daha bir mühüm aspekti Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun ilk dəfə bu formatda iştirak etməsidir. Bu da yaxın dostumuz və tərəfdaş dövlətimizlə çoxşaxəli münasibətlərimizin daha da genişləndiyini göstərir”.  


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki