“Azərbaycanın suverenliyinin və ərazi bütövlüyünün tam bərpası regionda yeni dinamika yaradıb, əməkdaşlıq, ticarət, əlaqələndirmə və iqtisadi inkişaf üçün yeni imkanlar açıb”.
Referans Media Bizim.Media-ya istinadən xəbər verir ki, bu fikri Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində keçirilən “Əlaqələndirmənin mərkəzində şəhərlər: şəhər yenidənqurması və regional əməkdaşlıq” mövzusunda tədbirdə ifadə edib.
Nazirin sözlərinə görə, Azərbaycan və Ermənistan arasında normallaşma prosesi regional əməkdaşlıq və qarşılıqlı faydalı əlaqələrin inkişafı üçün möhkəm zəmin yaradır.
