Çilidə prezident seçkilərinin ikinci turunu müxalifətçi mühafizəkar siyasətçi Xose Antonio Kastın qazandığı elan edilib.
“Referans MEDİA”nın Çili Seçki Komissiyasına istinadən məlumatına görə, mühafizəkar siyasətçi Xose Antonio Kast səslərin 58.61%-ni toplayaraq ölkənin prezident seçkilərinin ikinci turunda qələbə qazanıb. Onun əsas rəqibi Jeannette Jara isə 41.39% səslə ikinci olub. Bu nəticələr ölkə üzrə 83.43% seçki məntəqəsinin məlumatlarına əsaslanır.
