Çilidə ağır yol-nəqliyyat hadisəsi baş verib.
Referans Media xəbər verir ki, paytaxt Santyaqonun şimalında yerləşən Renka rayonunda qaz yüklü tanker partlayıb.
Hadisə General Velaskes avtomagistralında qeydə alınıb. Məlumata görə, mayeləşdirilmiş qaz daşıyan tanker hərəkətdə olarkən aşıb, digər nəqliyyat vasitələrinə çırpılıb və daha sonra güclü partlayış baş verib. 4 nəfər hadisə yerində həyatını itirib, 17 nəfər yaralanıb, 7 avtomobil alovlanıb.
Avtomagistral müvəqqəti olaraq nəqliyyata bağlanıb.
Əraziyə çoxsaylı yanğınsöndürmə və xilasetmə briqadaları cəlb olunub. Qəzanın səbəbləri ilə bağlı araşdırma başladılıb.
