image-cin-abs1backend

Çin ABŞ-ni sərt ittiham etdi – Qərb hansı reaksiyanı verəcək?

Çinin BMT-dəki Daimi Nümayəndəsi Fu Cong BMT Təhlükəsizlik Şurasının Ukrayna üzrə iclasında çıxışı zamanı bildirib ki, Çinin BMT-dəki daimi nümayəndəsi ABŞ-ni Ukrayna ətrafındakı vəziyyətdən istifadə edərək Pekinə qarşı əsassız hücumlar etməkdə və qlobal qarşıdurmanı dərinləşdirməkdə günahlandırıb.

Diplomat qeyd edib ki, ABŞ son vaxtlar müxtəlif platformalarda Çinə qarşı ittihamlar irəli sürür və bunu siyasi manipulyasiya məqsədilə edir. Onun sözlərinə görə, Vaşinqtonun məqsədi blok qarşıdurması yaratmaq, parçalanma və münaqişələri təşviq etməkdir.

Fu Tsun ABŞ-ni diqqəti yayındırmaqdan, məsuliyyəti başqalarının üzərinə atmaqdan və dünyada yeni münaqişələr yaratmaqdan çəkinməyə çağırıb. Fu Cong-un ABŞ-yə sərt mesajı qlobal qarşıdurmanı daha da dərinləşdirəcək?

Referans Media  xəbər verir ki ,Sfera.az-a bu barədə açıqlama verən politoloq Rəşad Bayramov bildirib ki, Çinin BMT-dəki daimi nümayəndəsi Fu Cong tərəfindən ABŞ-nin Ukrayna ətrafındakı vəziyyətdən istifadə etməsi barədə səsləndirilən ittihamlar, həm Pekinin xarici siyasət strategiyasının nümunəsi, həm də qlobal geosiyasi diskursun gərginləşdiyi bir dövrdə diplomatik retorikanın sərtliyini göstərir:

“Fu Cong çıxışında ABŞ-ni müxtəlif beynəlxalq platformalarda Çinə qarşı əsassız ittihamlar irəli sürməkdə və qlobal qarşıdurmanı dərinləşdirməkdə ittiham etməklə, Pekinin mövqeyini açıq şəkildə ortaya qoyur. Bu yanaşma, Çin üçün müdafiə və qlobal nüfuz siyasətinin bir hissəsi kimi qiymətləndirilə bilər, çünki ölkə öz təhlükəsizlik və iqtisadi maraqlarını qorumaq üçün beynəlxalq diqqəti yönləndirmək və tərəfdaşlarını mövqeyinə yaxınlaşdırmaq istəyir. Pekin ABŞ-ni siyasi manipulyasiya və qarşıdurma yaratmaqda ittiham edir ki, bu da qlobal siyasətdə yeni qarşıdurmaların alovlanması ehtimalına diqqət çəkir. Çinin bu yanaşması bir tərəfdən daxili auditoriyaya, digər tərəfdən isə beynəlxalq ictimaiyyətə mesaj kimi də qəbul oluna bilər. Rəsmi Pekin göstərmək istəyir ki, Çin dünyanın güc mərkəzlərində ədalətsiz və qərəzli addımlara qarşı prinsipial mövqedədir və qarşıdurmaya qarşı sərt reaksiyalar verə bilər. Ümumiyyətlə isə indiki halda diplomatik ritorikanın sərtliyi ABŞ-nin strateji hərəkətlərinə və qlobal kommunikasiya kampaniyalarına qarşı açıq etiraz kimi qəbul oluna bilər”.

Politoloq əlavə edib ki, bununla yanaşı, Çin mesajını həm də qlobal balans perspektivindən formalaşdırır:

“Fu Cong ABŞ-ni diqqəti yayındırmaqdan, məsuliyyəti başqalarının üzərinə atmaqdan və yeni münaqişələr yaratmaqdan çəkinməyə çağırmaqla, yalnız ittiham səsləndirmir, eyni zamanda beynəlxalq hüquq və çoxtərəfli diplomatiya prinsiplərinə əsaslanan mövqeyini də vurğulayır. Bu, Pekinin gərginlikləri həm dialoq və normativ çərçivədə həll etməyə üstünlük verdiyini nümayiş etdirir, eyni zamanda ABŞ və müttəfiqləri üçün diplomatik siqnaldır ki, qarşıdurmanı birbaşa militarist və ya provokativ addımlarla dərinləşdirmək faydasızdır. Şübhəsiz ki, Fu Cong-un sərt ritorikası qısa müddətdə qlobal qarşıdurmanı daha da dərinləşdirə bilər, lakin düşünürəm ki, uzunmüddətli nəticələr baxımından bu, birbaşa hərbi eskalasiya deyil, diplomatik və siyasi gərginliyin artması ilə məhdudlaşacaq. Pekin üçün əsas hədəf ABŞ-nin qlobal nüfuzunu məhdudlaşdırmaq, tərəfdaş ölkələr və beynəlxalq təşkilatlar qarşısında legitimlik qazanmaqdır. Bununla yanaşı, Çin ABŞ-nin hər hansı yeni addımlarına qarşı əvvəlcədən xəbərdarlıq edir ki, qarşıdurma yalnız qarşılıqlı qorunma və normativ çərçivə daxilində idarə olunsun”.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki