Çin ölkənin şimalında yerləşən Şansi əyalətindəki Taiyuan Peyk Buraxılış Mərkəzi-dən kosmosa yeni uzaqdan müşahidə peyki göndərib.
Məlumata görə, “Yaogan-50 02” peyki modifikasiya olunmuş Uzun Yürüyüş-6 raketi ilə yerli vaxtla saat 21:22-də orbitə buraxılıb və planlaşdırılan trayektoriyaya yerləşdirilib.
Bildirilib ki, peyk əsasən ərazi müşahidəsi, kənd təsərrüfatında məhsuldarlığın proqnozlaşdırılması, həmçinin təbii fəlakətlərin qarşısının alınması və yardım işləri üçün istifadə olunacaq.
Qeyd edilib ki, bu buraxılış “Uzun Yürüyüş” raketlər seriyasının 633-cü uçuş missiyası olub.
