backend

Çin şirkəti yeni telefon modelini təqdim edəcək

Çinin mobil telefon istehsal edən “Realme” şirkəti yaxın zamanda “Neo 8” modelini təqdim etməyə hazırlanır. Yeni smartfon, 8.000 mAh-dan yüksək batareya tutumu və yüksək səviyyəli texniki xüsusiyyətləri ilə diqqət çəkib.

 

Referans Media  xəbər verir ki, şirkətdən yayılan məlumatlara əsasən, əvvəlki “GT 8” seriyasından sonra “Neo 8” üzərində işləri sürətləndirib.

 

Telefonun yaxın günlərdə Çində təqdim ediləcəyi gözlənilir və texniki sızıntılar artıq yayılıb.

Məlumatlara görə, cihaz 8.000 mAh-dan yüksək tutuma sahib böyük batareya və metal orta çərçivə ilə gələcək. “Neo 8, 1.5K” effektivlik 6,78 düym ölçüsündə düz OLED ekranla təchiz olunacaq.

Smartfon ultragüclü barmaq izi oxuyucu və 50 meqapiksellik əsas kamera ilə gələcək. Cihazın prosessoru ilə bağlı hələlik dəqiq məlumat yoxdur. Bəzi mənbələr “Snapdragon 8 Gen 5”, digərləri isə “Dimensity” seriyasından bir çipsetin istifadə ediləcəyini bildirib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki