Çin XİN rəhbəri bu həftə Rusiyaya səfər edəcək

Çinin xarici işlər naziri Van İ dekabrın 1–2-də Rusiyaya rəsmi səfər edəcək.

Referans Media xəbər verir ki, bu barədə Çin XİN-in rəsmi nümayəndəsi Mao Nin məlumat verib.

Səfərin məqsədi Çin və Rusiya arasında strateji təhlükəsizlik üzrə 20-ci məsləhətləşmələrdə iştirak etməkdir. Mao Ninin sözlərinə görə, Pekin və Moskva nümayəndə heyətləri görüş zamanı regional və qlobal təhlükəsizliklə bağlı məsələlər, eləcə də iki ölkə arasında strateji əməkdaşlığın müxtəlif aspektlərini müzakirə edəcəklər.

Qeyd edək ki, səfər Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqunun dəvəti ilə həyata keçirilir./teleqraf


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki