Çində fabrikdə partlayış: 8 nəfər ölüb

Çinin şimalında yerləşən Şansi (Shanxi) əyalətinin Şuoyanq (Shuoyang) şəhərində bir fabrikdə dünən baş verən partlayış nəticəsində 8 nəfər həyatını itirib.

Referans Media xəbər verir ki, ötən ilin iyun ayında fəaliyyətə başlayan fabrikdə heyvan yemi, kömür məhsulları və tikinti materialları üzrə tədqiqatlar aparılırdı.

Çin mətbuatı hadisə ilə bağlı araşdırmalara başlanıldığını bildirib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki