Çində kömür mədənində faciə: 90 nəfər həlak oldu

Çinin şimalında yerləşən Şansi əyalətindəki kömür mədənində qaz partlaması nəticəsində həlak olanların sayı 90 nəfərə yüksəlib.

Referans Media bildirir ki, bu barədə şənbə günü Çinin Mərkəzi Televiziyası xəbər verib./Globalinfo.az

***

Çinin şimalında yerləşən Şansi əyalətinin Tsinyuan qəzasındakı kömür mədənində baş verən qəza nəticəsində həlak olanların sayı 82 nəfərə yüksəlib.

Bu barədə “Xinhua” agentliyi xəbər verir.

***

Çinin şimalında kömür mədənində baş verən qəza nəticəsində 50-dən çox adam həlak olub.

Bu barədə “Xinhua” agentliyi xəbər verib.

X X X

Çinin Şansi əyalətində yerləşən kömür mədənində baş verən qaz partlayışı nəticəsində azı 8 nəfər ölüb, 38 nəfər isə yeraltında qalıb.

Bu barədə “Sinxua” agentliyi yerli fövqəladə halların idarə olunması qurumuna istinadla məlumat yayıb.

Bildirilib ki, mədənçilərin ölümünə karbonmonoksit səviyyəsinin normadan artıq olması səbəb olub.

Xilasedicilər indiyədək 201 nəfəri təxliyə edib, həlak olan 8 nəfərin cəsədi isə dağıntılar altından çıxarılıb.

Hazırda yeraltında qalan mədənçilərin xilas edilməsi istiqamətində əməliyyatlar davam edir./unikal/


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki