ÇL: Əsas mərhələ uğrunda sonuncu vəsiqələr

  Bu gün UEFA Çempionlar Liqasında pley-off mərhələsinin cavab oyunlarına yekun vurulacaq.

Referans  xəbər verir ki, bununla əsas mərhələnin son 4 iştirakçısı müəyyənləşəcək.

Məlum olduğu kimi, “Qarabağ” Bakıda “Ferensvaroş”la üz-üzə gələcək.

Bundan başqa, Türkiyə təmsilçisi “Fənərbağça” Portuqaliyada “Benfika”nın qonağı olacaq. İstanbulda keçirilən ilk görüşdə hesab açılmayıb. İstanbul təmsilçisi uğur qazanacağı təqdirdə 12 illik həsrətə son qoyacaq.

Şotlandiyanın “Reyncers” klubu “Brügge”, “Kopenhagen” isə “Bazel”lə qarşılaşacaq.

UEFA Çempionlar Liqası: pley-off mərhələsi, cavab oyunları27 avqust20:45 Qarabağ – Ferensvaroş (Macarıstan) (İlk oyun 3:1)23:00 Benfika (Portuqaliya) – Fənərbağça (Türkiyə) (İlk oyun 0:0)23:00 Brügge (Belçika) – Reyncers (Şotlandiya) (İlk oyun 1:3)23:00 Kopenhagen (Danimarka) – Bazel (İsveçrə) (İlk oyun 1:1)  


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki