ÇL: “Qalatasaray” turnirlə vidalaşdı, “Barselona” və “Bayern”dən darmadağın

UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinə yekun vurulub.

Referans Media xəbər verir ki, bu gün 1/4 finala vəsiqə qazanan daha 4 komanda müəyyənləşib.

“Barselona” evdə “Nyukasl”ı, “Bayern” “Atalanta”nı, “Liverpul” isə “Qalatasaray”ı böyük hesabla məğlub edərək növbəti mərhələyə yüksəlib. “Totenhem” də “Atletiko”nu məğlub edib.

UEFA Çempionlar Liqası 1/8 finalın cavab oyunları 18 mart

Barselona (İspaniya) – Nyukasl (İngiltərə) 7:2 Qollar: Rafinya, 6; 72. Bernal, 18. Yamal, 45+7-pen. F.Lopes, 51. Levandovski, 56; 61 – Elanqa, 15; 28. İlk oyun – 1:1.

Liverpul (İngiltərə) – Qalatasaray (Türkiyə) 4:0 Qollar: Soboslai, 25. Ekitike, 52. Qravenberx, 53. Salah, 62. İlk oyun – 0:1.

Bayern (Almaniya) – Atalanta (İtaliya) 4:1 Qollar: H.Keyn, 25-pen; 54. L.Karl, 56. L.Dias, 70 – Samardziç, 86. İlk oyun – 6:1.

Tottenhem (İngiltərə) – Atletiko (İspaniya) 3:2 Qollar: K.Muani, 30. X.Simons, 52; 90-pen – X.Alvares, 47. Hansko, 75. İlk oyun – 2:5.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki