Türkiyənin Aydın vilayətində boş ərazidə kişi meyiti aşkarlanıb.
Referans Media xəbər verir ki, hadisə Nazilli rayonunun Yaşıl Məhəllə ərazisində qeydə alınıb. Ərazidə qoyun otaran çoban boş sahədə hərəkətsiz vəziyyətdə uzanan şəxsi görərək aidiyyəti qurumlara məlumat verib.
Hadisə yerinə cəlb olunan təcili tibbi yardım və polis əməkdaşları həmin şəxsin həyatını itirdiyini müəyyən ediblər. İlkin məlumata görə, meyiti tapılan şəxsin kişi olduğu bildirilsə də, onun kimliyi hələlik müəyyənləşdirilməyib.
Polis və həkimlərin hadisə yerində apardıqları ilkin baxış zamanı meyitin üzərində hər hansı zorakılıq, döyülmə və ya kəsici alət izi aşkarlanmayıb.
Prokurorun hadisə yerində apardığı araşdırmadan sonra meyit ölüm səbəbinin müəyyənləşdirilməsi məqsədilə Nazilli Dövlət Xəstəxanasının morquna təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.
