Çoban iti 83 yaşlı kişini parçalayaraq öldürdü 

Balakəndə çoban iti 83 yaşlı kişini parçalayaraq öldürüb.

Referans- ın məlumatına görə, hadisə bu gün səhər saatlarında rayonun Mahamalar kəndində baş verib. 

Belə ki, kənd sakini, 1942-ci il təvəllüdlü Məhəmməd Atayev kəndlərinin yaxınlığında yerləşən fermanın qarşısından keçərkən, fermada nəzarətsiz qalan çoban iti ona hücum edib.

Ağır xəsarətlər alan 83 yaşlı kişi hadisə yerində ölüb. 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki