Çoxuşaqlı qadınlar üçün müavinət qaydalarında YENİLİK

5-dən çox uşağıolan qadınlara aylıq sosial müavinətin təyin edilməsi üzrə arayışın verilməsi ilə bağlı yeni qaydalar müəyyənləşir.

Referans Media xəbər verir ki, Trend-in əldə etdiyi məlumata görə, 20 may 2026-cı ilə qədər Xidmətin Elektron Hökumət İnformasiya Sisteminə (bundan sonra – EHİS) inteqrasiyasının təmin edilməsi nəzərdə tutulur.

İyunun 1-nə qədər xidmətin mövcüd iş axının təqdim edilməsi, iyunun 22-nə qədər isə xidmətin təkmilləşdirmələr nəzərə alınmaqla yeni iş axınının təqdim edilməsi və razılaşdırılması planlaşdırılır.

Sentyabrın 9-na qədər isə xidmətin mygov platformasında istifadəyə verilməsi (istismar mühitində) nəzərdə tutulur.

Bununla bağlı işləri Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi icra edəcək.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki