Dağıstanda helikopter qəzaya uğradı: Xeyli sayda ölən var

  Dağıstanda baş verən helikopter qəzası nəticəsində ölənlərin sayı artıb.

Referans.az bildirir ki, Globalinfo.az-ın xəbərinə görə, bu barədə Respublikanın Səhiyyə Nazirliyi məlumat yayıb.

Hadisə zamanı 5 nəfər həlak olub.

İlkin məlumata əsasən, qəza nəticəsində 4 nəfərin öldüyü bildirilmişdi, lakin sonradan yaralılardan biri xəstəxanada həyatını itirib. Nazirlikdən verilən açıqlamada qeyd olunub ki, üç nəfər müxtəlif dərəcəli xəsarətlərlə xəstəxanaya yerləşdirilib.

“Xəstəxanaya yerləşdirilənlərdən biri İzberbaş şəhərində dünyasını dəyişib”, – Regional Səhiyyə Nazirliyinin nümayəndəsi bildirib.

Hazırda qəzanın səbəbləri araşdırılır, hadisə yerinə xilasedicilər və istintaq qrupları cəlb olunub.  


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki