Latviyada qripə yoluxma halları bir həftə ərzində iki dəfə artdıqdan sonra epidemiya elan edilib. Dünyada virusa yoluxma hallarının artması ölkələri təşvişə salıb.
Referans Media xəbər verir ki, Avropa ölkəsi olan Latviyada qrip epidemiyası elan edilib. Sürətlə artan tənəffüs yoluxucu xəstəliklər səbəbindən ölkə yüksək hazırlıq vəziyyətinə gətirilib. Ölkənin Mikrobiologiya Tədqiqat Laboratoriyasının məlumatlarına görə, son bir həftədə qrip halları ikiqat artıb. Epidemiya xəbərdarlığının elan edilməsi üçün şərtlər keçilib.
Qurumun açıqlamasında bildirilir ki, son vəziyyət diqqətlə izlənir. Xüsusilə yaşlılar, xroniki ürək və tənəffüs sistemi xəstəlikləri olanlar və uşaqlar risk altındadır. Adi qripdən fərqli olaraq, son zamanlar dünyada yayılan 6 növ qripdən biri olan H2N3, məlum simptomların daha şiddətli və müalicəsinin çətinləşdiyi bir xəstəlik növü kimi diqqəti çəkir.
Son günlər dünyada yayılan epidemiya Yaponiya, Avstraliya və İngiltərədə məktəblərin bağlanmasına səbəb olub. İspaniyada pandemiya qaydalarının yenidən tətbiq olunmasına yol açan səhiyyə protokolu imzalanıb, maska taxmaq və evdən işləmək yenidən tətbiq olunub. Xəstəlik hazırda başqa bir Avropa ölkəsi olan Latviyada sürətlə yayılır. Epidemiyanın bütün Avropanı əhatə edəcəyi gözlənilir.
Ölkənin səhiyyə işçiləri epidemiyadan qorunmağın yollarını açıqlayıblar. Mütəxəssislər maskadan istifadənin və sosial məsafənin vacibliyini vurğulayıblar. Həmçinin epidemiya dövründə ictimai nəqliyyatdan qaçınmaq lazım olduğu, ofis yerlərinin yaxşı havalandırılmasının vacib olduğu bildirilib.
Həmçinin, müntəzəm əl gigiyenasının xüsusilə mütəmadi öskürən insanlar üçün çox vacib olduğu vurğulanıb. Mütəxəssislər peyvəndin epidemiyadan qorunmağın ən yaxşı yolu olduğunu bildirsələr də, onun hazırkı epidemiyanın qarşısını ala bilməyəcəyini əlavə ediblər.
