Daha bir ölkədə səfirliyimiz açılacaq

  Azərbaycan Respublikasının Bəhreyn Krallığında səfirliyi təsis ediləcək.

Referans.az  xəbər verir ki, bununla bağlı məsələ Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sentyabrın 10-da keçiriləcək iclasının gündəliyinə daxil edilib.

“Azərbaycan Respublikasının Bəhreyn Krallığında (Manama Şəhərində) Səfirliyinin təsis edilməsi haqqında” qanun layihəsi komitədə müzakirə ediləcək.  


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki