Daha bir qəsəbə qazsız qalacaq

  Sentyabrın 19-da Sumqayıt şəhərinin Corat qəsəbəsində qaz təchizatında müvəqqəti fasilə olacaq.

Bu barədə Referans-a “Azəriqaz” İB-nin Sumqayıt QİS-dən məlumat verilib.

Bildirilib ki, yeni balans qovşağının quraşdırılması ilə əlaqədar həmin gün saat 10:00-dan başlayaraq işlər tamamlanana qədər 14 abonentin qaz təminatı dayandırılacaq.  


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki