Davosda Miley-Tramp görüşü gündəm oldu: Sosial media bundan danışır

Argentina Prezidenti Xavyer Mileyin Davosda Dünya İqtisadi Forumu çərçivəsində çəkilən görüntüləri sosial mediada sürətlə yayılıb. Xüsusilə Mileyin ABŞ Prezidenti Donald Tramp ilə görüşdüyü anlar diqqət çəkibvə böyük marağa səbəb olub.

Referans Media xəbər verir ki, Xavyer Miley, Sülh Şurasının (Board of Peace) imza mərasiminə “Nike” markalı idman ayaqqabıları ilə qatılması ilə gündəmə gəlib. Rəsmi tədbir atmosferinə baxmayaraq, Mileyin qara idman ayaqqabıları seçməsi sosial media istifadəçiləri arasında geniş müzakirələrə səbəb oldu.

Tramp tədbirdə Sülh Şurası təşəbbüsünü elan edərək, ilkin olaraq Qəzza bölgəsində atəşkəsin təmin olunacağını, sonradan isə təşəbbüsün qlobal səviyyəyə yayılacağını bildirib. O, şuranın tamamlandıqda istədikləri hərəkətləri həyata keçirə biləcəyini və bunu Birləşmiş Millətlər Təşkilatı ilə birlikdə edəcəklərini vurğulayıb.

Sülh Şurasında Türkiyə, Misir, Səudiyyə Ərəbistanı və Qatar kimi Orta Şərq ölkələrinin yanında Endoneziya, Argentina, İsrail və Macarıstan da yer alıb. ABŞ xaricində, BMT Təhlükəsizlik Şurasının daimi üzvlərindən yalnız Rusiyanın təşəbbüsü nəzərdən keçirdiyi bildirilib, Fransa isə qatılmayacağını açıqladı. İngiltərə bu mərhələdə iştirak etməyəcək, Çin isə hələ cavab verməyib.

BMT-nin sözçüsü Rolando Gomez bildirib ki, təşkilatın iştirakı yalnız bu çərçivə ilə məhdudlaşacaq. Sülh Şurasının üzvləri arasında Marco Rubio, ABŞ-ın Qəzza üzrə müzakirəçiləri Jared Kuşner və Steve Vitkoff, eləcə də keçmiş Böyük Britaniya Baş Naziri Tony Blair yer alır.

Jared Kusşner mərasimdə Qəzzanın yenidən qurulmasına dair “ana plan” hazırladıqlarını açıqladı. O bildirib ki, plan çərçivəsində Rafah bölgəsində işçi evləri, sənaye və məşğulluq mərkəzləri, həmçinin “Yeni Qəzza” adlı yeni yaşayış və turizm zonası yaradılacaq. Kuşner əmin edir ki, bu plan başladıqda orada yaşayan hər kəs üçün 100% məşğulluq imkanı təmin olunacaq.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki