DÇ-2026: Bu gün 7 oyun keçiriləcək

  Bu gün DÇ-2026-nın Avropa zonası üzrə seçmə mərhələsində növbəti oyunlar keçiriləcək. 

Referans.az   xəbər verir ki, dörd qrupda ümumilikdə 7 görüş baş tutacaq.  

Bütün matçlar eyni vaxtda başlayacaq. 

B qrupunda 2-ci turun oyunları keçiriləcək ki, Kosovo İsveçi, İsveçrə isə Sloveniyanı qəbul edəcək.

C qrupunda isə 2-ci tur çərçivəsində Belarus – Şotlandiya və Yunanıstan – Danimarka görüşləri baş tutacaq. 

İ qrupunun yeganə qarşılaşmasında İtaliya səfərdə İsrail ilə üz-üzə gələcək.

Nəhayət, L qrupunda 5-ci tur çərçivəsində Xorvatiya Monteneqronu, Cəbəllüttariq isə Farer adalarını qonaq edəcək. 

Qeyd edək ki, ötən həftə ilk sınağında səfərdə İslandiyaya böyük hesabla (0:5) uduzan Azərbaycan millisi qrupda növbəti oyununu sabah – 9 sentyabrda Bakıda Ukraynaya qarşı keçirəcək. 

DÇ-2026, seçmə mərhələ8 sentyabr

B qrupu

22:45. Kosovo – İsveç 22:45. İsveçrə – Sloveniya 

Xal durumu: İsveçrə – 3, İsveç – 1, Sloveniya – 1, Kosovo – 0.

C qrupu 

22:45. Belarus – Şotlandiya 22:45. Yunanıstan – Danimarka 

Xal durumu: Yunanıstan – 3, Yunanıstan – 1, Danimarka – 1, Belarus – 0.

İ qrupu

22:45. İsrail – İtaliya 

Xal durumu: Norveç – 12, İsrail – 9, İtaliya – 6, Estoniya – 3, Moldova – 0.

L qrupu

22:45. Xorvatiya – Monteneqro22:45. Cəbəllüttariq – Farer adaları 

Xal durumu: Çexiya – 12, Xorvatiya – 9, Monteneqro – 6, Farer adaları – 3, Cəbəllüttariq – 0.

   


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki