DƏHŞƏT! BAKIDA VƏTƏNDAŞ SU ANBARINA YIXILDI – ÖLÜMDƏN DÖNDÜ

Bu gün səhər Fövqəladə Hallar Nazirliyinin “112” qaynar xəttinə paytaxtın Səbail rayonu, Badamdar şosesi 216 ünvanında vətəndaşın köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

Referans.az xəbər verir ki, bu barədə redaksiyaya FHN-dən bildirilib. Məlumat əsasında dərhal FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunublar.

Əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, 1960-cı il təvəllüdlü Məmmədov Məhəmməd Mərdan oğlu dərinliyi 3,5 metr olan, ehtiyat su anbarı kimi nəzərdə tutulan tikiliyə yıxılaraq müxtəlif bədən xəsarətləri alıb və köməksiz vəziyyətdə qalıb.

Xilasedicilər alpinist ləvazimatlarının köməyi ilə vətəndaşı xilas edərək təcili tibbi yardım briqadasına təhvil veriblər.     


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki