DƏHŞƏT! Göyərtəsində 400-dən çox sərnişin olan bərə faciəvi şəkildə batdı

Filippinin cənubunda Basilan əyalətindəki Baluk adası yaxınlığında “Trisha Kerstin 3” sərnişin bərəsi batıb.

Referans Media xarici agentliklərə istinadən xəbər verir ki, hadisə nəticəsində 15 nəfər ölüb, 43 nəfər  itkin düşüb. Basilan əyalətinin qubernatoru Mujiv Hatamanın sözlərinə görə, axtarış-xilasetmə əməliyyatı zamanı 317 nəfər xilas edilib. Xilasedicilər sağ qalanların axtarışını davam etdirirlər.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki