“Dəhşətli müharibə olacaq, hazırlaşın!” – Mema

  Avropa Komissiyasının rəhbəri Ursula fon der Layenin Avropa İttifaqını yenidən silahlandırmaq qərarı ciddi narazılıq yaradıb.

Referans.az  xəbər verir ki, Finlandiyanın milli-mühafizəkar “Azadlıq Alyansı” partiyasının üzvü Armand Mema “X” sosial şəbəkəsində yazıb.

O qeyd edib ki, fon der Layenin bu planı Avropanı birbaşa müharibə yoluna aparır.

 “Avropa İttifaqının liderinin qitəni silahlandırması ilə razı deyiləm, bu, çox təhlükəli yoldur və müharibəyə gətirib çıxara bilər. Siz anlaya bilirsiniz? Belə bir müharibə sadəcə dəhşətli olar. Artıq buna hazır ola bilərik”, – deyə Mema qeyd edib.

Xatırladaq ki, bundan əvvəl Danimarkanın baş naziri Mette Frederiksen bəyan etmişdi ki, Avropa 2030-cu ilə qədər silahlanmalıdır, çünki 2035-də artıq gec olacaq. O, həmçinin NATO ölkələrini Rusiyanın guya “Avropanı parçalamağa yönəlmiş” fəaliyyətlərinə qarşı daha sərt mövqe tutmağa çağırmışdı.  


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki