Dəhşətli qar fırtınası – ABŞ-də ÖLƏNlərin sayı 30-a çatdı

ABŞ-də güclü qar fırtınasının fəsadları ağır olub – ölənlərin sayı 30 nəfərə yüksəlib.

Referans Media-nın məlumatına görə, həyatını itirənlər arasında Massaçusets və Ohayo ştatlarında qar təmizləyən texnikanın vurduğu iki nəfər, həmçinin Arkanzas və Texasda xizək sürərkən bədbəxt hadisə nəticəsində ölən yeniyetmələr də var.

Yerli rəsmilərin açıqlamasına əsasən, təkcə həftəsonu Nyu-York şəhərinin müxtəlif ərazilərində səkkiz meyit aşkar edilib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki