Dəyəri 62 milyon dollardan çox olan narkotik maddə ələ keçdi

  İrandan Türkiyəyə külli miqdarda narkotik vasitənin keçirilməsinin qarşısı alınıb.

Bu barədə Türkiyənin Ticarət Nazirliyi məlumat yayıb.

Bildirilib ki, noyabrın 1-də Ağrı vilayətində yerləşən “Gürbulak” keçid məntəqəsində keçirilən əməliyyat nəticəsində 721 kiloqram maye matafetamin aşkarlanıb.

Nazirliyin məlumatına görə, ələ keçirilən narkotik maddənin ümumi dəyəri 2 milyard 612 milyon türk lirəsidir (təxminən 62 milyon 185 min dollar).

O da bildirilib ki, 2025-ci ilin əvvəlindən etibarən ümumilikdə dəyəri 96 milyard dollar olan 30 100 kiloqram çəkidə narkotik maddə ələ keçirilərək məhv edilib./Report  


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki