DİN əməliyyat keçirdi: 45 nəfər saxlanılıb

  Noyabrın 8-də və 9-da ölkə ərazisində qeydə alınan 68, əvvəlki dövrlərdən bağlı qalan 5 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.

 Referans.az    xəbər verir ki, bununla bağlı DİN-in Mətbuat Xidmətindən məlumat verilib, axtarışda olduğuna görə ümumilikdə 57, o cümlədən borclu şəxs qismində axtarışda olan 35 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Narkotiklərlə əlaqəli 16, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 13 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 45 nəfər saxlanılıb.

    


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki