Hazırda Aeroport şosesi – mərkəz istiqamətində yolun buz bağlaması səbəbindən nəqliyyatın hərəkəti çətinləşib.
Referans Media xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məlumat yayıb.
DİN sürücülərdən qəzaların baş verməməsi üçün hərəkət zamanı sürət həddinə əməl etməyi və düzgün ara məsafəsi saxlamağı məsləhət görür.
