DİQQƏT! Bakının bu ərazilərində işıq olmayacaq

Bu gün Bakının Xəzər rayonunun Bilgəh bağları istiqamətində elektrik enerjisinin verilişində fasilə yaranacaq.

Bu barədə Referans Media-ya “Azərişıq” ASC-dn məlumat verilib.

Bildirilib ki, səhmdar cəmiyyətinin Maştağa Enerji Təchizatı və Satışı İdarəsi (ETSİ) ərazisində 35/10/6 kV-luq “Bilgəh” yarımstansiyasında təmir işləri aparılacaq.

Bununla əlaqədar olaraq saat 11:00-dan 12:00-dək Bilgəh bağları istiqamətində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq. Təmir işləri yekunlaşdıqdan sonra sözügedən ərazi daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki