Gələn ildən Azərbaycana gətirilən elektrik avtomobilləri ƏDV-dən azad ediləcək. Azərbaycana elektrik mühərriki ilə işləyən avtomobillərin idxalı və satışı 2026-cı ilin yanvarın 1-dən etibarən bir il müddətinə əlavə dəyər vergisindən azad olunacaq.
Bu qərar “Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsində öz əksini tapıb. Qərarın məqsədi ekoloji təmiz nəqliyyat vasitələrinin sayını artırmaq və ətraf mühitə Gələn ildən Azərbaycana gətirilən elektrik avtomobilləri ƏDV-dən azad ediləcək.
Azərbaycana elektrik mühərriki ilə işləyən avtomobillərin idxalı və satışı 2026-cı ilin yanvarın 1-dən etibarən bir il müddətinə əlavə dəyər vergisindən azad olunacaq. Bu qərar “Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsində öz əksini tapıb.
Qərarın məqsədi ekoloji təmiz nəqliyyat vasitələrinin sayını artırmaq və ətraf mühitə zərərin azaldılmasına töhfə verməkdir. Bəs bu qərara əsasən hansı avtomobillərin qiyməti bahalaşacaq? Və ya sözügedən qərar avtomobil bazarına necə təsir edəcək?
Mövzu ilə bağlı iqtisadçı ekspert Rəşad Həsənov Referans-a açıqlamasında bildirib ki, təklif edilən dəyişikliklərdən aydın olur ki, 2026-cı ilin yanvarın birindən etibarən artıq elektrik mühərrikli olmayan digər avtomobil növləri üzrə, yəni hibrid avtomobil növləri üzrə əlavə dəyər vergisindən verilmiş güzəşt müddəti artırılmır. Bu o deməkdir ki, növbəti ildən yalnız elektrik mühərrikli avtomobillərin idxalında əlavə dəyər vergisi güzəşti əvvəlki illərdə olduğu kimi saxlanılır.
Ekspert həmçinin bildirib ki, hibrid avtomobillərə münasibətdə bu güzəştlər ləğv edilir. Nəticədə aydındır ki, elektrik avtomobillərinin idxalı mühitində dəyişiklik baş verməyəcəkdir və bu istiqamətdən fiskal yükün yaraddığı qiymət artımları, təzyiqləri olmayacaqdır. Amma paralel olaraq 2026-cı ilin yanvarın birindən etibarən idxal olunmuş hibrid avtomobillərin xərcləri artacaqdır və nəticədə daha baha qiymətə baza daxil olacaqdır. Bu da şərait yaradacaq ki, təkrar avtomobil bazarında hazırda təklif olunan hibrid avtomobillərin qiymətləri nisbətən bahalaşsın.
“Bu bahalaşma dolayısıyla da bu və ya digər şəkildə, kiçik də olsa, digər yanacaq növləri ilə fəaliyyət göstərən avtomobillərin qiymətlərinin də artımı istiqamətində təzyiqlər formalaşdıra bilir”, – deyə ekspert qeyd edib.
Bünyamin Bünyadzadə
Referans
