DİQQƏT! Bu ərazidə 4 gün işıq olmayacaq

  Naxçıvanın Nehrəm qəsəbəsində enerji verilişində 4 gün fasilə yaranacaq.

Referans  xəbər verir ki, 35/10 kilovoltluq Nehrəm yarımstansiyasından qidalanan 10 kilovoltluq “Nehrəm 1” hava elektrik verilişi xəttində aparılacaq təmir işləri ilə əlaqədar sentyabrın 1-dən 5-dək Babək rayonu Nehrəm qəsəbəsində elektrik enerjisinin verilişində fasilələr yaranacaq.

Bildirilib ki, təmir işləri başa çatdıqdan sonra abonentlər daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaqlar.  


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki