DİQQƏT! Daimi baş ağrısı olanların NƏZƏRİNƏ…

Baş ağrısı insanlara təsir edən ağrılı vəziyyətlərdən ən çox görülənidir. Belə ağrılar sistematik xəstəliklərlə yanaşı nevroloji xəstəliklərə də yol aça biləcək bir simptomdur. Elə adam yoxdur ki, həyatı boyu baş ağrısı ilə qarşılaşmasın və bu, cəmiyyətdə ən çox görülən simptomlardan biridir. Bəzi insanlarda isə daimi yəni, tibbi dillə desək xroniki baş ağrıları olur.

Daimi baş ağrıları nədən xəbər verir? Bu ağrılardan əziyyət çəkən şəxslər nə etməlidirlər?

Mövzuyla bağlı tibbi ekspert Adil Qeybulla REFERANS-ın suallarını cavablandırıb. Ekspert qeyd edib ki, baş ağrısı bir simptomdur və bu bir çox xəstəliklərin əlamətidir. Baş ağrısının əsas səbəblərindən biri beyin daxili təzyiqin artmasına yönəlik xəstəliklərdir. Beyin qan dövranının pozulması sonra beyində su dövranının pozulması və müxtəlif şişlərdə, xəstəliklərdə, qan sızmalarda və.s olan xəstəliklərdə beyində təzyiq artır və baş ağrıları yaranır. Xroniki travmalar sonra miqren deyilən əslində isə səbəbi tam araşdırılmayan neyro hormonal sistemə bağlı olan xəstəlikdir ki, mütəmadi olaraq beyin damarlarının spazmını yaradır və baş ağrıları verir. Arterial təzyiqin artmasıda baş ağrısı verə bilər və.s. 

Həmçinin müsahibimiz vurğulayıb ki, baş ağrısının çoxsaylı səbəbləri vardır. Ona görə də baş ağrısı olan adam mütləq onun səbəbini araşdırmalıdır və səbəb aradan götürülməlidir. Baş ağrısı bir siqnaldır. Buna görə də tədbirlər görülməlidir. Ümumiyyətlə xroniki baş ağrıları yəni daimi baş ağrıları bir çox xəstəliyin səbəbi kimi ortaya çıxır və bu araşdırılıb müəyyən edilməlidir və tədbirlər görülməlidir. Hətta bu gün miqrenlə bağlıda müalicə üsulları var. Bu xəstəlik protokollar əsasında tapılır və buna görə də müalicə aparılır. Bununlada insanlar baş ağrılarından azad olurlar.

“Baş ağrıları beyin qan dövranının pozulması ilə də bağlı ola bilər. Məsələn, boyun damarlarının sıxılması, boyun fəqərələrinin sıxılması və.s. bu cür halların hər biri sonda baş ağrıları ilə müşayiət oluna bilər”,-deyə Adil Qeybulla əlavə edib.

Ləman Xalıqova

Referans.az  


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki