Məlumdur ki, son zamanlar dünya qızıl bazarında qızılın qiyməti rekord həddə bahalaşmaqdadır. Bu da təbii olaraq Azərbaycandakı qızıl bazarına da təsirsiz ötüşmür. Bəzi vətəndaşların iddialarına görə, qızıla olan tələbatın artması ilə əlaqədar bazarda bəzi işbazlar saxta qızıl satışına başlayıb.
Qızıl alarkən nələrə diqqət etməliyik? Saxta qızılı həqiqi qızıldan necə seçmək mümkündür?
Mövzu ilə bağlı zinyət əşyaları üzrə mütəxəssis – ekspert, zərgər Bəhruz Kazımov Referans.az-a açıqlamasında bildirib ki, Azərbaycanda saxta və ya keyfiyyəti şübhəli “qızıl” məmulatlarının satış halları mövcuddur və bu səbəbdən qızıl alarkən xüsusilə diqqətli olmaq vacibdir.
Bəhruz Kazımov onu da deyib ki, bir müddət əvvəl “Azərbaycan Zərgərlər Assosiasiyası‑nın sədri qeyd etmişdi ki, “qızıl” adı altında mis və digər qatqılarla dolu zinət əşyaları bazara daxil olub.
Ekspert qanunvericilik çərçivəsində rol oynayan nəzarət mexanizmlərində boşluqların olduğu da vurğulanıb. O deyib ki, təəssüf ki, bu sahədə ictimai, dövlət nəzarəti yoxdur. Ekspert maraqlı bir faktı da diqqətə çatdırıb. O söyləyib ki, 2014‑cü ildə iki nəfər mis və gümüş tərkibli boyunbağını “qızıl” adıyla satışa çıxartmışdı.
Zərgər mütəxəssisinin sözlərinə görə, bu onu göstərir ki, qızıl bazarında alıcı üçün risk mövcuddur. Bu risk kütləvi şəkildə olmasa da mövcuddur.
Ekspertdən tövsiyə deyib ki, qızıl alarkən atıcıdan sertifikat və ya sənəd tələb etmək vacibdir. Bundan başqa “zəmanət”, “prob” (hallmark) sənədini də tələb etməlisiniz. Möhürün və probun mövcudluğunu, oxunaqlığını yoxlamaqda da fayda var. Adətən bəzi qızıl satılan mağazalarda “topdan satış obyektlərindən alınan zinət əşyaları geri qaytarılmır və dəyişdirilmir” kimi sözlər yazılır., Buna görə də möhrün düzgün olması əsasdır.
Zərgər mütəxəssis onu da deyib ki, qızıl satışında qiymət də məntiqli olmalıdır Çox aşağı qiymət — “endirimdədir” kimi reklamlar mütləq sizdə şübhə doğurmalıdır. Çünki bazarda qızılın qram qiyməti var və realdan çox ucuz satıla bilməz. Müsahibimiz həmçinin bildirib ki, qızıl aldığınız zaman nğazanın etibarlılığına diqqət yetirmək mütləqdir.
“Tanınmış zərgər mağazaları, uzun müddət fəaliyyət göstərən şirkətlər, rəyləri yaxşı olan satıcılar daha etibarlıdır”,- deyə ekspert qeyd edib.
Bünyamin Bünyadzadə
Referans
