DİQQƏT: Sabah bu rayonun 7 kəndində qaz olmayacaq

Sabah Hacıqabul rayonunun 7 kəndinin qaz təchizatı müvəqqəti dayandırılacaq.

Bu barədə Referans Media-ya  Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinin Salyan Regional Qaz İstismarı İdarəsindən məlumat verilib.

 
Bildirilib ki, görüləcək təmir işləri ilə əlaqədar saat 10:00-dan etibarən işlər başa çatanadək Hacıqabul rayonu Cəngən, Şorbaçı, Tava, Tağlı, Paşalı-1, Paşalı-2 və Qubalı kəndlərinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki