image-trumptan-3-ulkeye-savas-tehdidi-hayatta-kalamayacaklar-hbyxbackend

Donald Tramp Fransa Prezidentini belə qiymətləndirdi

ABŞ Prezidenti Donald Tramp Hörmüz Boğazı ilə bağlı yaradılması planlanan beynəlxalq koalisiyanı şərh edərkən, Fransa Prezidenti Emmanuel Makron haqqında diqqətçəkən açıqlama verib.

Referans Media xəbər verir ki, Tramp, Makronu “0-dan 10-a qədər ölçüdə təxminən 8” kimi qiymətləndirdiyini bildirib.

“Mükəmməl deyil, amma bura Fransadır; mükəmməl olmasını gözləmək olmaz,” – deyə Tramp vurğulayıb.

Tramp həmçinin ABŞ-ın dünyanın ən güclü ordusuna sahib olduğunu və müttəfiqlərin dəstəyinə mütləq ehtiyac olmadığını qeyd edib. ABŞ lideri bəzi çağırışları ölkələrin reaksiyasını yoxlamaq məqsədilə etdiyini əlavə edib.

ABŞ Prezidenti, Hörmüz Boğazı üçün İngiltərədən savaş gəmisi istədiyini, lakin Londonun buna səmimi yanaşmadığını bildirib. Tramp, “Savaş bitəndən sonra gəmi göndərmək mənasız olar,” – deyərək İngiltərənin mövqeyindən narazılığını ifadə edib.

Tramp, NATO çərçivəsində illərdir Avropa ölkələrinin təhlükəsizliyini təmin etdiklərini və ittifaqın əsas gücünün ABŞ olduğunu da vurğulayıb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki