Çin Xarici İşlər Nazirliyi ABŞ Prezidenti Donald Trampın 13–15 may tarixlərində Çinə rəsmi səfər edəcəyini açıqlayıb.
Referans MEDİA-nın xəbərinə görə, bildirilib ki, Tramp Si Cinpinin dəvəti ilə Pekin şəhərinə səfər edəcək. Bununla da ABŞ tərəfinin daha əvvəl verdiyi məlumat Çin tərəfindən rəsmi şəkildə təsdiqlənmiş olub.
ABŞ prezidentinin Çin səviyyəsində son səfəri Trampın ilk prezidentlik dövründə — 2017-ci ildə baş tutmuşdu. Ondan sonra vəzifədə olan Cozef Bayden isə Çin səfəri etməmişdi.
Trampın bu səfəri ABŞ və İsrailin İrana qarşı başladığı hərbi əməliyyatlar və regionda artan gərginlik fonunda baş tutur. Analitiklər hesab edir ki, Vaşinqtonun əsas strateji rəqiblərindən biri sayılan Çinlə keçiriləcək görüş beynəlxalq gündəmin əsas mövzularından olacaq.
