Dörd şəhərimizin baş planı artıq hazırdır – SİYAHI

“Yaxın vaxtlarda təsdiqləndikdən sonra həmin ərazilərdə tikinti və quruculuq işləri məhz bu planlar əsasında ardıcıl şəkildə həyata keçiriləcək”, – İ. İsbatov bildirib.

O qeyd edib ki, işğaldan azad olunmuş ərazilərdə planlama işləri sıfırdan aparılıb: 

“Ərazilərin öyrənilməsi, dəyərləndirilməsi, yeni məskunlaşma yerlərinin müəyyənləşdirilməsi istiqamətində ardıcıl və effektiv işlər görülüb. Bütün dövlət qurumları ilə, o cümlədən məşğulluq və iqtisadi aspektlərlə bağlı məsul qurumlarla sıx əməkdaşlıq edilib”.

İ. İsbatovun sözlərinə görə, planlama sənədləri üç mərhələdən ibarətdir – ümumi planlar, baş planlar və müfəssəl planlar:

“Artıq bütün işğaldan azad olunmuş ərazilərin ümumi planı hazırlanıb, 8 şəhərin baş planı təsdiqlənib”.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki