Pakistanın şimal-qərbində hökumət məmurunun maşınına hücum edilib. Hücum nəticəsində məmur, onun iki mühafizəçisi və yoldan keçən bir nəfər həlak olub.
Referans Media xəbər verir ki, Hayber Paxtunxva əyalətinin Bannu rayonunda hökumət rəsmisinə hücum edilib. Hücum nəticəsində Əfqanıstan sərhədinə yaxın Miran Şah bölgəsində çalışan dövlət məmuru Şah Vəli, iki təhlükəsizlik işçisi və yoldan keçən bir nəfərin həlak olub. Hücumun məsuliyyətini hələlik heç kim üzərinə götürməyib.
Dünən Lakki Marvat rayonunda polis maşını yaxınlığında törədilən intihar hücumunda yüksək rütbəli polis zabiti həlak olub.
Pakistanda silahlı hücumlar xüsusilə Əfqanıstanla sərhəddə yerləşən Xayber Paxtunxva və Bəlucistan əyalətlərində cəmləşib.
Hər iki əyalətdə də puştun və bəluc etnik qruplarının hüquqlarını müdafiə etdiyini iddia edən silahlı qruplar Pakistan təhlükəsizlik qüvvələrinə və mülki əhaliyə qarşı hücumlar həyata keçirirlər.
