image-b87backend

Dövlət Xəzinədarlıq Agentliyinə yeni direktor təyinatı olub

Sadiq Cabir oğlu Əliyev Azərbaycan Respublikası Maliyyə Nazirliyi yanında Dövlət Xəzinədarlıq Agentliyinin direktoru təyin olunub.

Referans Media  bildirir ki ,bu barədə “APA-Economics”ə Maliyyə Nazirliyindən məlumat verilib.

O, 2006-2019-cu illərdə İqtisadiyyat Nazirliyində müxtəlif vəzifələrdə, 2019-cu ildən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Strateji planlaşdırma və innovasiyalar şöbəsinin müdiri vəzifəsində işləyib. Sadiq Əliyev 2024-cü ilin may ayından hazırkı təyinata qədər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri vəzifəsində çalışıb.

Qeyd edək ki, 2022-ci ildən Maliyyə Nazirliyinin Dövlət Xəzinədarlığı Agentliyinin direktoru olmuş Nazim Qasımzadə vəzifəsindən azad edilib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki