image-dubaybackend

Dubay da vurulur

Dubay sakinləri şəhərin bir neçə ərazisində güclü partlayışlar baş verdiyini bildirirlər.

Referans Media xəbər verir ki, partlayışlar “Business Bay”, “Palm Jumeirah” və şəhərin digər yerlərində eşidilib.

Şəhər üzərində ilkin hava hücumundan müdafiə sistemləri fəaliyyət göstərir. Hələlik yerə hər hansı bir təsir barədə məlumat yoxdur.

Eyni zamanda, BƏƏ-nin paytaxtı Əbu-Dabidə yeni partlayışlar barədə məlumatlar yayılıb.

Xatırladaq ki, İranın ballistik raketləri daha əvvəl Əbu-Dabidəki Əl-Dəfra hava bazasına zərbə endirmişdi. BƏƏ ABŞ və İsrailin İrandakı hərbi əməliyyatı səbəbindən hava məkanını bağlamışdı.//publika.az


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki