Dünənki yeməyi işə aparanların nəzərinə – Həkim açıqladı

“Dünənki yeməklər zərərli olmadığından hər gün təzə yemək hazırlamaq lazım deyil”.

Referans Media xəbər verir ki, bunu rus dietoloq Aleksandr Burlakov deyib.

Onun sözlərinə görə, yemək soyuducuda +4°C-dən aşağı temperaturda saxlanılması halında 3-4 gün ərzində yeyilə bilər.

“Klinik və epidemioloji məlumatlar dünənki yeməyin zərərli olduğunu göstərmir. Tövsiyələr temperatur və gigiyena ilə bağlıdır, hər gün yemək hazırlamaq məcburiyyətindən deyilsiniz,” – həkim bildirib.

O əlavə edib ki, dünənki yemək bədəndə iltihab, hemoroid və digər xəstəliklər yaratmır.//globalinfo.az


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki