Düşmənin gözləmədiyi ərazilərdə müharibə olacaq – General

“ABŞ və İsrail tərəfindən yeni hücum baş verərsə, İran hərbi əməliyyatları daha geniş miqyasda həyata keçirə bilər”.

Referans MEDİA xəbər verir ki, bunu İran ordusunun general-mayoru Məhəmməd Əkrəminia deyib.

Onun sözlərinə görə, bu halda daha inkişaf etmiş hərbi texnikadan istifadə olunacaq və döyüşlər “yeni sahələrə” yayıla bilər:

“Düşmənin gözləmədiyi və planlamadığı yerlərdə müharibə aparıla bilər. ABŞ-la atəşkəs dövründə İran hərbi gücünü artırıb, döyüş hazırlığını təkmilləşdirib, silahlarını yeniləyib və qüvvələrini yenidən yerləşdirib”./Globalinfo.az/


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki