“e-Tabib” mobil tətbiqi fəaliyyətini dayandırdı

Bu gündən etibarən “e-Tabib” tətbiqi fəaliyyətini tam olaraq dayandırır və xidmətlər artıq “mygov” platformasından təqdim olunur.

Bu barədə Referans Media-ya  TƏBİB-dən məlumat verilib.

Bildirilib ki, rəqəmsal dövlət xidmətlərinin “bir pəncərə” prinsipi ilə təqdim olunması üzrə görülən tədbirlər çərçivəsində “e-Tabib” mobil tətbiqi üzərindən göstərilən rəqəmsal xidmətlərin “mygov” platformasına inteqrasiya prosesi artıq bitib.

Qərar xidmətlərin təkrarlanmasının qarşısının alınması və vətəndaşlara daha çevik xidmət göstərilməsi məqsədilə qəbul olunub. Bununla da “e-Tabib” “mygov” platformasına inteqrasiya edilən növbəti dövlət tətbiqidir.

“mygov” mobil tətbiqini aşağıdakı keçid vasitəsilə yükləyə bilərsiniz:


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki