Ebola təhlükəsi artır: Nigeriyanın 10 ştatında həyəcan siqnalı verildi

Nigeriya hökuməti Uqanda və Konqo Demokratik Respublikasında yayılan Bundibuqyo Ebola virusu səbəbindən ölkənin 10 ştatını yüksək hazırlıq vəziyyətinə keçirib.

Ölkənin Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzi bildirib ki, beynəlxalq səyahətlər və sərhədyanı hərəkətlər virusun Nigeriyaya keçməsi riskini artırır. Hazırda ölkədə təsdiqlənmiş Ebola halı qeydə alınmasa da, bütün ştatlara müşahidə və hazırlıq tədbirlərinin gücləndirilməsi tapşırılıb.

Məlumata görə, Uqanda və Konqoda indiyədək 1000-dən çox şübhəli yoluxma və 247 ölüm halı qeydə alınıb. Mütəxəssislər Bundibuqyo növünə qarşı təsdiqlənmiş peyvənd və xüsusi müalicə üsulunun olmadığını vurğulayırlar.

Virusun yoluxmuş şəxslərin qanı və digər bədən mayeləri ilə təmas nəticəsində yayıldığı, hava-damcı yolu ilə keçmədiyi bildirilib. Ekspertlər erkən diaqnoz, təmasda olanların izlənməsi və sürətli izolyasiyanın epidemiyanın qarşısının alınmasında əsas rol oynadığını qeyd edirlər.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki